- 292
Honor X7d təqdim olundu: 6.77 düymlük ekran və Snapdragon 685
Honor şirkəti yeni Honor X7d modelini təqdim edib. Bu model brendin əlçatan qiymətli seriyasına daxildir və iri batareya ilə davamlılıq xüsusiyyətlərinə diqqət yetirir.
Yeni Honor X7d 6.77 düymlük LCD ekranla gəlir. Ekranın 120Hz yenilənmə tezliyi əvvəlki modeldən fərqli olaraq daha axıcı görüntü təmin edir. Lakin çözünürlük hələ də 720p+ olaraq qalır.
Telefon SGS 5-star sertifikatı ilə düşmələrə qarşı davamlılığını təsdiqləyib. Bundan əlavə, IP65 qoruma dərəcəsi sayəsində cihaz həm toza, həm də su axınına qarşı dayanıqlıdır.
Performans hissəsində ikiillik Snapdragon 685 prosessoru yerləşir. Yaddaş variantları isə belədir: 12GB/128GB, 16GB/128GB və 16GB/256GB.
Arxa kamera sistemi sadədir: 108MP əsas kamera (f/1.75 diafraqma) və 2MP dərinlik sensoru. Ön kamera isə 8MP sensor (f/2.0 diafraqma) ilə təchiz edilib.
Əsas üstünlüklərdən biri də 6,500 mAh batareyadır. Bu batareya 35W SuperCharge sürətli enerji yığma texnologiyasını dəstəkləyir. Cihazda MagicOS 9.0 sistemi (Android 15 əsasında) işləyir.
Rəng seçimləri: Desert Gold, Ocean Cyan, Meteor Silver və Velvet Black. Qiymət və satış tarixi isə hələ açıqlanmayıb.