NOMRETAP.AZ - Elan yerləşdir
  • 288

iPhone yox, Realme 15T!

Realme 15T iPhone bənzər kamera dizaynı ilə üzə çıxdı

Realme, ötən ay təqdim etdiyi 15 seriyasını yeni bir model ilə genişləndirməyə hazırlaşır. Şirkətin yeni smartfonu – Realme 15T, iPhone modellərinə bənzəyən kamera quruluşu və güclü texniki göstəriciləri ilə artıq gündəmə gəlib.

Realme 15T xüsusiyyətləri

Yeni Realme 15T, iPhone Pro modellərinə bənzər kamera modulu ilə diqqət çəkir. Amma üçlü kamera dizaynından yalnız ikisi aktiv olacaq: 50 MP əsas kamera və 2 MP əlavə sensor. Ön paneldə isə 50 MP selfi kamerası yerləşəcək. Arxa tərəfdəki mərmər fakturasını xatırladan örtük dizayna premium görünüş qatır.

Telefon 6,5 düymlük FHD+ AMOLED ekran ilə gələcək və maksimum 2200 nit parlaqlıq təmin edəcək. Cihaz gücünü MediaTek Dimensity 6400 Max prosessorundan alacaq və Android 15 əsaslı Realme UI 6 interfeysi ilə işləyəcək. Ən diqqətçəkən məqamlardan biri isə 7000 mAh batareya və 80W sürətli şarj dəstəyi olacaq. Böyük batareyasına baxmayaraq qalınlıq cəmi 7,79 mm-dir.

Məlumatlara görə, Realme 15T sentyabr ayında Çində təqdim olunacaq. Digər modellərdən fərqli olaraq bu cihazın yalnız Çin bazarına xüsusi olaraq satışa çıxarılması gözlənilir.