- 4229
 
OnePlus 10 Pro təqdim olundu
            Çinli smartfon markalarından olan OnePlus şirkəti özünün
yeni flaqman modeli OnePlus 10 Pro-nu təqdim edib. Güclü parametrlərə
malik olan smartfon xüsusilə kamera dizaynı ilə diqqət çəkib. 6.7 düym və 2K
Amoled ekrana malik olan smartfonda 32 MP ön kamera yerləşdirilib.
               Snapdragon
8 Gen 1 prosessorundan güc alan smartfon həmçinin 80W sürətli şarj dəstəyi olan 5000 mAh batareya ilə təchiz
edilib. OnePlus 10 Pro smartfonu hal-hazırda qara və yaşıl olmaqla 2 rəngdə
Çində satışa çıxıb. Smartfonun qiyməti isə parametrlərindən aslı olaraq 735 –
830 dollar arası dəyişir. Qeyd edək ki, smartfonun qlobal bazarda nə vaxt
satışa çıxacağı hələki məlum deyil.
Bütün parametrlər:
·       
Ekran:
2K 120 Hz Amoled, 6.7 düym
·       
Prosessor:
Snapdragon 8 Gen 1
·       
Ram: 8
GB və ya 12 GB
·       
Yaddaş:
128 GB və ya 256 GB
·       
Ön
kamera: 32 MP
·       
Arxa kamera:
48 MP + 50 MP + 8 MP
·       
Batareya:
5000 mah 
·       
Əməliyyat
sistemi: Android 12 ColorOS 12.1